Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi
+994 10 228 42 71

Ana səhifəÇatdırılma və Ödəniş Şərtləri

Çatdırılma və Ödəniş Şərtləri

Çatdırılma xidməti

Qarant Group müştərilərinə tikinti materiallarının sürətli və etibarlı çatdırılmasını təmin edir. Sifarişlərin çatdırılması hər gün saat 08:00-dan 19:00-dək həyata keçirilir.

Müştərilər sayt üzərindən istədikləri məhsulları seçərək onlayn sifariş verə və məhsulların birbaşa ünvanlarına çatdırılmasını təmin edə bilərlər.

Çatdırılma ünvanımız:
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi (əsas çıxış nöqtəsi)

200 AZN və üzəri sifarişlər üçün Bakı şəhəri daxilində çatdırılma pulsuzdur.


Çatdırılma zonaları və qiymətlər

Bakı şəhəri:

  • Nəsimi, Səbail, Binəqədi, Yasamal rayonları – 30 AZN
  • Xətai, Nərimanov, Sabunçu rayonları – 20 AZN
  • Nizami, Suraxanı rayonları – 10 AZN
  • Pirallahı rayonu, Xəzər, Qaradağ – 40 AZN

Abşeron rayonu:

  • Xırdalan, Masazır, Mehdiabad, Digah – 20 AZN
  • Məmmədli, Görədil, Fatmayı, Ceyranbatan, Qobu, Novxanı, Hökməli, Saray, Pirəkəşkül – 30 AZN
  • Güzdək – 25 AZN

Sumqayıt şəhəri:

  • 35 AZN

Çatdırılma qaydaları

  • Çatdırılma yalnız giriş və keçidlər məhsulun daşınmasına uyğun olduqda həyata keçirilir
  • Məhsulun daşınması üçün qapı və keçidlər kifayət qədər geniş olmalıdır
  • Çatdırılma mümkün olmadıqda sifariş ən yaxın uyğun nöqtəyə təhvil verilə bilər
  • Kuryer məhsulun quraşdırılması və ya yerləşdirilməsi xidmətini göstərmir

Sifarişin təhvil alınması zamanı

Müştəri sifarişi qəbul edərkən aşağıdakıları yoxlamaq hüququna malikdir:

  • məhsulun xarici görnüşü
  • qablaşdırma vəziyyəti
  • məhsul sayı və komplektliyi
  • müşayiətedici sənədlər

Sifarişin saxlanılması

Müştəri sifarişi təyin olunan vaxtda qəbul edə bilmədikdə, sifariş maksimum 3 gün müddətində saxlanılır.


Ödəniş üsulları

Qarant Group aşağıdakı ödəniş üsullarını təqdim edir:

  • Bank kartı ilə onlayn ödəniş
  • Nağd ödəniş (çatdırılma zamanı)
  • Apple Pay və Google Pay vasitəsilə ödəniş

Qeyd

Saytda təqdim olunan məhsullar üzrə qiymətlər və kampaniyalar mütəmadi olaraq yenilənir. Müştərilər endirim və xüsusi təkliflərdən yararlanmaq üçün saytımızı izləyə bilərlər.