Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi
+994 10 228 42 71

Qaydalar və Şərtlər

Bu sənəd Qarant Group tərəfindən təqdim olunan onlayn satış xidmətlərindən istifadə zamanı tətbiq edilən sifariş, çatdırılma, qaytarma və dəyişdirmə şərtlərini müəyyən edir. Sayt üzərindən sifariş edən hər bir şəxs bu şərtlərlə razılaşmış hesab olunur.

1 Ümumi müddəalar

Qaydalarımız onlayn satış prosesinin şəffaf və güvənli olmasını təmin edir. Qarant Group platformasından istifadə edərək məhsul sifariş edən bütün istifadəçilərin bu sənəddə qeyd olunan ümumi müddəa və qaydaları qəbul etdiyi ehtimal olunur.

2 Tərəflər

Proses aşağıdakı tərəflər arasında həyata keçirilir:

  • Alıcı: Sayt vasitəsilə məhsul sifariş edən fiziki və ya hüquqi şəxsdir.
  • Satıcı: Qarant Group adı altında fəaliyyət göstərən və məhsulların satışını həyata keçirən tərəfdir.
  • Sayt (Platforma): Qarant Group-a məxsus onlayn satış platformasıdır.

3 Sifarişin rəsmiləşdirilməsi

Alıcı sayt üzərindən seçdiyi məhsulları səbətə əlavə edərək sifarişi rəsmiləşdirir. Sifarişin qüvvəyə minməsi üçün lazımdır:

  • Məhsulun mövcudluğu təsdiqlənməli
  • Ödəniş (əgər tətbiq olunursa) tamamlanmalıdır

Satıcı sifarişin təsdiqi və ya mümkün dəyişikliklər barədə Alıcı ilə əlaqə saxlamaq hüququna malikdir.

4 Çatdırılma şərtləri

Sifarişlər əvvəlcədən qeyd olunmuş qaydalara uyğun olaraq ünvanınıza çatdırılır:

  • Pulsuz Çatdırılma: 200 AZN və daha yüksək məbləğdə sifarişlər üçün Bakı şəhəri daxilində.
  • Müddət: Böyük həcmli və ya xüsusi daşınma tələb edən sifarişlər 1–3 iş günü ərzində.

5 Qaytarma və dəyişdirmə

Alıcı aldığı məhsulu AR qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aşağıdakı şərtlərlə qaytara və ya dəyişdirə bilər:

  • Məhsul istifadə olunmamış və ilkin vəziyyətdə olmalıdır.
  • Orijinal qablaşdırma qorunmalıdır.
  • Məhsulun təqdimatı və komplektliyi tam olmalıdır.

6 Sifarişin ləğvi

Satıcı aşağıdakı hallarda sifarişi ləğv etmək hüququna malikdir və bu barədə Alıcıya müvafiq məlumat təqdim edilir:

  • Məhsul stokda olmadıqda.
  • Texniki və ya sistem xətası baş verdikdə.
  • Alıcı ilə əlaqə qurmaq mümkün olmadıqda.

7 Məsuliyyət və hüquqlar

Tərəflərin məsuliyyət və hüquqları aşağıdakılardır:

  • Alıcı sifariş zamanı təqdim etdiyi məlumatların düzgünlüyünə görə tam məsuliyyət daşıyır.
  • Satıcı xidmətlərin fasiləsiz olmasına zəmanət verməsə də, yaranan problemləri aradan qaldırmaq üçün tədbirlər görür.
  • Satıcı şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır.

8 Mübahisələrin həlli

Hər hansı anlaşılmazlıq və ya mübahisə yarandıqda:

  • İlk növbədə qarşılıqlı razılaşma yolu ilə həll edilməyə çalışılır.
  • Razılıq əldə olunmadıqda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.