Çatdırılma və Ödəniş Şərtləri
Qarant Group müştərilərinə tikinti materiallarının sürətli və etibarlı çatdırılmasını təmin edir. Sifarişlərin çatdırılması hər gün saat 08:00-dan 19:00-dək həyata keçirilir.
1 Çatdırılma xidməti
Müştərilər sayt üzərindən istədikləri məhsulları seçərək onlayn sifariş verə və məhsulların birbaşa ünvanlarına çatdırılmasını təmin edə bilərlər.
200 AZN və üzəri sifarişlər üçün Bakı şəhəri daxilində çatdırılma pulsuzdur!
Əsas çıxış nöqtəsi: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi.
2 Ödəniş üsulları
Qarant Group müştərilərə rahatlıq üçün aşağıdakı ödəniş üsullarını təqdim edir:
- Bank kartı ilə onlayn ödəniş
- Nağd ödəniş (məhsul çatdırılan zaman)
- Apple Pay və Google Pay vasitəsilə sürətli ödəniş
3 Çatdırılma zonaları və qiymətlər
Bakı şəhəri
Nəsimi, Səbail, Binəqədi, Yasamal 30 AZN
Xətai, Nərimanov, Sabunçu 20 AZN
Nizami, Suraxanı 10 AZN
Pirallahı, Xəzər, Qaradağ 40 AZN
Abşeron rayonu
Xırdalan, Masazır, Mehdiabad, Digah 20 AZN
Məmmədli, Görədil, Fatmayı, Ceyranbatan, Qobu, Novxanı, Hökməli, Saray, Pirəkəşkül 30 AZN
Güzdək 25 AZN
Sumqayıt şəhəri
Bütün ərazilər 35 AZN
4 Çatdırılma qaydaları
- Çatdırılma yalnız giriş və keçidlər məhsulun daşınmasına uyğun olduqda həyata keçirilir.
- Məhsulun daşınması üçün qapı və keçidlər kifayət qədər geniş olmalıdır.
- Çatdırılma mümkün olmadıqda sifariş ən yaxın uyğun nöqtəyə təhvil verilə bilər.
- Diqqət: Kuryer məhsulun quraşdırılması və ya yerləşdirilməsi xidmətini göstərmir.
5 Sifarişin təhvil alınması
Müştəri sifarişi qəbul edərkən aşağıdakıları yoxlamaq hüququna malikdir:
- Məhsulun xarici görünüşü
- Qablaşdırma vəziyyəti
- Məhsul sayı və komplektliyi
- Müşayiətedici sənədlər
6 Saxlanılma və Qeydlər
Sifarişi təyin olunan vaxtda qəbul edə bilmədikdə, o maksimum 3 gün saxlanılır.
Saytda qiymətlər və kampaniyalar mütəmadi yenilənir. Xüsusi təkliflərdən yararlanmaq üçün bizi izləyin!

